«Diffamasiya sahəsində Azərbaycanda vəziyyəti dəyişmək olar»

ATƏT Azərbaycanda diffamasiyanın vəziyyətindən çox narahatdır

ATƏT Azərbaycanda diffamasiyanın mövcud vəziyyətindən çox narahatdır. Təşkilat tövsiyə edir ki, birinci instansiya və apellyasiya məhkəmələrində hakimlər diffamasiya ilə bağlı işlərə baxarkən, Avropa İnsan Haqları məhkəməsinin presedent hüquqlarına istinad etsinlər.


Bunu ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero deyib. Herrero bildirib ki, ATƏT presedent hüququn öyərənilməsi sahəsində istənilən layihəyə dəstək verməyə hazırdır.


«Avropa məhkəməsinin presedent hüququnu öyrənmək üçün vaxt lazımdır. Biz hesab edirik ki, bu sahədə Azərbaycanda vəziyyəti dəyişmək olar».


Martın 6-da Bakıda «ATƏT məkanında diffamasiya qanunvericilik və təcrübənin öyrənilməsi» adlı seminar keçirilib.


Hazırda Azərbaycanda üç jurnalist həbsdədir, onlardan biri-böhtan və təhqirə tutulub. Jurnalistlər özləri yazılarına görə həbs olunduqlarını deyirlər. Beynəlxalq təşkilatlar Azərbaycanı böhtan və təhqirə görə maddələrin Cinayət Məcəlləsindən çıxarılmasına çağırır. Hakimiyyət təmsilçiləri isə deyirlər ki, «Diffamasiya haqqında» qanunun qəbulu Azərbaycan cəmiyyəti üçün tezdir.