Rövnəq Abdullayev AFFA-nın prezidenti seçildi

Rövnəq Abdullayev 2004-cü ildən «Neftçi» Peşəkar Futbol Klubuna prezidentdir

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) növbədənkənar hesabat-seçki konfransı keçirilib. Konfransın gündəliyinə yalnız bir məsələ AFFA-nın sayca üçüncü prezidentinin seçkisi salınıb.


Prezidentlik uğrunda mübarizə aparan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevin namizədliyini 30 konfrans iştirakçısından 27-si dəstəkləyib.


Onun rəqibi Azərbaycan Həvəskarlar Futbol Federasiyasının prezidenti Kamil Rəhimovun lehinə isə 2 nəfər səs verib. 1 konfrans iştirakçısı bitərəf qalıb.


1992-2003-cü illərdə AFFA-ya Fuad Musayev, 2003-2007-ci illərdə isə mərhum Ramiz Mirzəyev rəhbərlik edib.


Rövnəq Abdullayev 2004-cü ildən «Neftçi» Peşəkar Futbol Klubuna prezidentdir.