Daha bir jurnalist öldürüldü

Moskvada Rusiyanın ORT kanalının müxbiri İlyas Şurpayev öldürülüb. Kirayə qaldığı evdən onun bıçaqlanmış və boğazına kəmər keçirilmiş meyiti tapılıb.


Şurpayev 1975-ci ildə Dağıstanda anadan olub. O, əsasən Dağıstan və Abxaziyada baş verən hadisələr barədə reportajlar hazırlayırdı.