«Hər şey əvvəlki kimidir, elə bir irəliləmə yoxdur»

«Hakimiyyət azad və ədalətli seçki keçirmək üçün həmişə çalışmalıdır»

Azərbaycanda seçki ilinin ilk üç ayında demokratiya ilə bağlı vəziyyət keçən ilki kimidir, elə bir irəliləmə müşahidə olunmur. ABŞ səfirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Conatan Henik «Azadlıq» radiosuna müsahibəsində belə deyib.


Cənab Henik bildirib ki, seçki təkcə seçki günü baş verən hadisə deyil, hakimiyyət azad və ədalətli seçki keçirmək üçün həmişə çalışmalıdır:


«Amma bu üç ayda insan haqları sahəsində vəziyyət Amerika Dövlət Departamentinin keçən ilin müvafiq dövrünə dair hesabatında olduğundan irəli getməyib».


Hesabatda Azərbaycanda söz azadlığının pisləşdiyi bildirilir, hakimiyyət insan haqlarının vəziyyətinə görə tənqid edilir.