«Azərbaycanda söz azadlığı çox böyük təhlükədədir»

«Təəssüf ki. Azərbaycanda söz azadlığı çox böyük təhlükədədir. Vəziyyətin düzəlməsinə dair cənab Haraştinin gələcək missiyasına ümid bəsləyirəm».


Bunu həbsdə olan jurnalist Eynulla Fətullayev aclıq aksiyasını dayandırması ilə bağlı verdiyi bəyanatda bildirib. Sənədi ATƏT-in Bakı ofisi yayıb.


Jurnalist ümid edib ki, bu aksiyadan sonra dünyada və Azərbaycanda söz azadlığına daha böyük önəm veriləcək.


ATƏT-in yaydığı press-relizdə bildirilir ki, Haraşti Fətullayevlə aprelin 8-də görüşməyi planlaşdırırdı. Amma jurnalistin ailəsinin təkidi və oğlunun səhhətinə görə, narahatlığını nəzərə alaraq, görüş bir gün ertələndi.