Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanda ilk parlamentin yaradılmasının 90 illik yubileyi ilə bağlı dövlət orqanları arasında futbol turniri keçiriləcək.
Aprelin 12-də Milli Məclisdə futbol turnirinin püşkü atılıb.
Komandalar dörd qrupa bölünüb.
A qrupu
Milli Məclis
Maliyyə Nazirliyi
Vergilər Nazirliyi
Mədəniyyət və Turizm Nazirliyi
B qrupu
Ədliyyə Nazirliyi
Nəqliyyat Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Fövqəladə Hallar Nazirliyi
C qrupu
İqtisadi İnkişaf Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Təhsil Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
D qrupu
Daxili İşlər Nazirliyi
Prezidentin İcra Aparatı
Gənclər və İdman Nazirliyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Oyunlar yaxın günlərdə başlayacaq. / «Trend News» /