Daha bir əsgərin əsir düşdüyü deyilir

Azərbaycanın Müdafiə Nazirliyi məsələdən xəbərsiz olduğunu bildirir

Azərbaycan ordusunun daha bir əsgərinin əsir düşdüyü bildirilir. Məlumatı Ermənistan mətbuatı yayıb.


«Turan» xəbər verir ki, əsir düşən şəxs özünü Vüsal Şirsultan oğlu Heybətov kimi təqdim edib. Onun 1989-cu ildə anadan olduğu bildirilir. O, aprelin 11-də Ağdamın Yusifcanlı kəndi istiqamətində erməni tərəfinə keçmək istəyərkən saxlanılıb.


Hazırda Ermənistanda əsirlikdə Azərbaycan ordusunun daha bir əsgəri var.


Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə məsələdən xəbərsiz olduqlarını bildiriblər.


Azərbaycanın Müdafiə Nazirliyi məsələdən xəbərsiz olduğunu bildirir