Müsavat partiyası mayın 4-də mitinq keçirmək istəyir

Bu barədə qərar partiya Divanının aprelin 14-də keçirilən iclasında qəbul olunub.


Partiya aksiyanı Azərbaycan hakimiyyətinin Seçki Məcəlləsinə dəyişikliklər etmək istəməməsinə və seçki kampaniyası müddətini 4 aydan 2 aya endirmək cəhdlərinə etiraz olaraq keçirməyi nəzərdə tutur.


Aksiyada son bahalaşmaya, heç bir məhkəmə qərarı olmadan vətəndaşların mülkiyyət obyektlərinin sökülməsinə və bu zaman dəyən ziyana görə təzminat ödənməməsinə qarşı şüarlar səsləndirilməsi də planlaşdırılır. / Turan /