Azərbaycanın Kosovodakı hərbçiləri geri qayıdıb

Azərbaycan sülhməramlıları Kosovoda 1999-cu ildən xidmət ediblər

Azərbaycanın Kosovodakı hərbçiləri aprelin 14-ü axşam geri qayıdıb. Bu barədə «Azadlıq» radiosunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumatlandırıb.


«Sülhməramlılar 1 zabit, 1 gizir, 32 nəfər əsgər və çavuşdan ibarətdir. Bu gün hərbi hisslərin birində onların təltif edilmə mərasimi olacaq»-, deyə Verdiyev bildirib.


Azərbaycan sülhməramlıları Kosovoda Türkiyə alayının tərkibində 1999-cu ildən xidmət ediblər. Kosovo müstəqilliyini elan etdikdən sonra Azərbaycan parlamenti onların geri çağırılması barədə qərar verib.