Qənimət Zahidin apellyasiya şikayəti icraata götürülüb

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin apellyasiya şikayəti icraata götürülüb. Bu barədə «Azadlıq» radiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Şikayətdə Q.Zahid haqqında çıxarılmış 4 il azadlıqdan məhrumetmə hökmünün ləğvi xahiş edilir.


«Azadlıq» qəzetinin baş redaktoru Yasamal Rayon Məhkəməsinin qərarı ilə 4 il azadlıqdan məhrum edilib. O, xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmaqda ittiham olunur.