Seçkidə iştirak etmək istəyən növbəti namizəd bəlli oldu

Yaşıllar Partiyasının sədri Mais Güləliyev

Bu, Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevdir. Bu barədə qərar partiyanın Ali Məclisinin aprelin 19-da keçirilən iclasında qəbul olunub.

Yaşıllar Partiyası 2006-cı ilin dekabrında yaradılıb.


Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.


Yaşıllar Partiyası öz sədrinin prezidentliyə namizədliyini irəli sürən beşinci partiyadır. Buna qədər Müsavat (İsa Qəmbər), Ümid (İqbal Ağazadə), Böyük Quruluş (Fazil Qəzənfəroğlu) və Demokrat (Sərdar Cəlaloğlu) partiyaları da öz sədrlərini prezidentliyə namizəd elan ediblər.


Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkidə partiyanın sədri, prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan edib.