Mərkəzi Seçki Komissiyası «Seçkilər» İnformasiya Mərkəzinin rəhbəri istefa verib

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində «Seçkilər» İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev tutduğu vəzifədən istefa verib. Bu barədə APA -ya MSK-dan məlumat verilib.


Komissiyadan bildirilib ki, İ.Babayev bu addımını şəxsi işləri ilə əlaqələndirib. Hazırda Mərkəzə qurumun sədr müavini Ramil Hüseynov rəhbərlik edir.