BAKIDA 1 MAY AKSİYASI…

Bakının Nobel prospektində «Fəhlə» abidəsi qarşısında bir qrup solçu 1 may dünya zəhmətkeşlərinin həmrəylik günü ilə bağlı aksiya keçirib. Aksiya iştirakçılarının bir qismi polis tərəfindən Səbail rayonunda saxlanılıb. İştirakçılar abidə qarşısında qısa çıxış edib, qətnamələri jurnalistlərə paylayıblar.