Vasif Talıbov tibb bacılarını işdə saxladı

Tibb bacılarının kütləvi şəkildə işdən çıxarılması səhiyyədə ciddi kadr çatışmazlığı yarada bilər

Naxçıvan Muxtar Respublikasında 700-dən çox tibb bacısı işdən çıxarılır. Buna səbəb kimi onların «Tekis» və «Gənc təbib» tibb müəssisələrini bitirmələri haqda diplomlarının etibarsız sayılmasıdır. Bu tibb məktəbləri 1991-2002-ci illərdə Naxçıvanda fəaliyyət göstərib, lakin 2003-cü ildə bağlanıb.


Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən «Azadlıq» radiosuna bildiriblər ki, adı çəkilən tibb müəssisələrinin fəaliyyəti qeyri-qanuni olub.


Tibb bacılarının kütləvi şəkildə işdən azad edilməsi Naxçıvanda səhiyyə sistemində ciddi kadr çatışmazlığı yarada bilər. Muxtar Respublikanın Səhiyyə Nazirliyinin problemlə bağlı xüsusi iclas keçirəcəyi gözlənilir.


***


Günün sonunda Naxçıvanın Səhiyyə Nazirliyində məsələ ilə bağlı toplantı keçirilib. Toplantıda bildirilib ki, Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov bu tibb bacılarının işinin davam etdirilməsinə göstəriş verib.