«Rusiya Cənubi Qafqazda yeni raket bazası yaradıb»

«Hər gün onlarca üstüörtülü yük maşını bazaya müxtəlif hərbi qurğular daşıyır»

Rusiya Ermənistanın Noyembryan rayonu ərazisində, Gürcüstanın azərbaycanlılar yaşayan Sadaxlı kəndinin (Marneuli rayonu) bir neçə yüz metrliyində yaratdığı yeni hərbi bazada son tamamlama işləri aparır. Bu eksklüziv məlumat «Ayna»ya Gürcüstandakı mənbələrdən daxil olub.


«Məlumata görə, bu hərbi baza geniş profilli olacaq. Burada Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri yerləşdiriləcək. Eyni zamanda, bu baza bölgədə Raket Əleyhinə Müdafiə (RƏM) sistemi rolunda çıxış edəcək. Bu akt ABŞ-ın Şərqi Avropada qurmaq istədiyi RƏM sisteminə cavab səciyyəsi daşıyacaq».


Qəzet bildirir ki, hərbi bazanın açılış mərasiminin bu ilin sentyabrında - Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) Ermənistanda keçiriləcək hərbi təlimləri zamanı baş tutacağı bildirilir.


«Ayna»ya verilən məlumatlara görə, hərbi bazanın tikintisi işinə bir neçə il əvvəl başlanılsa da, ötən ilin payızından etibarən işlər daha da sürətlənib. Hər gün - istər gündüz, istərsə də gecə saatlarında onlarca üstüörtülü yük maşını bazaya müxtəlif hərbi qurğular daşıyır. Məlumatlara görə, hazırda bazanın yeraltı hissəsi tamamlanıb - burada 4-5 mərtəbə var. Hazırda isə bazanın üst hissəsinin tikinti işləri həyata keçirilir.


İqtidaryönlü «İki sahil» qəzeti keçmiş prezident Heydər Əliyevin 85 illik yubileyi münasibətilə xüsusi buraxılış hazırlayıb. Rəngli, illüstrativ fotoların, publisistik və təhlili yazıların yer aldığı buraxılış 48 səhifədir. Burada YAP funksionerləri ilə yanaşı bir sıra dövlət məmurlarının da Heydər Əliyev barədə yazdıqları məqalə və müsahibələr də var.


İ­yu­nun 14-dən eti­ba­rən res­pub­li­ka­da tu­rizm möv­sü­mü baş­la­yır. Bu­nun­la əla­qə­dar Azərbaycanın 238 tu­rizm şir­kə­ti ar­tıq si­fa­riş qə­bu­lu­na baş­la­yıb. Tu­rizm baş ida­rə­si­nin rəi­si Ay­dın İs­mi­yev­ «Üç nöqtə»yə bildirib ki, yer­li tu­rizm şir­kət­lə­ri qiy­mət­lə­ri azı 20 fa­iz ar­tırıblar. Tu­rizm­lə məş­ğul olan şir­kət rəh­bər­lə­ri isə eti­raf edir­lər ki, son bir il­də Azər­bay­can­da is­ti­ra­hət qiy­mət­lə­ri 30 fa­iz qal­xıb.