Mayın 3-də Sakit okeanda ABŞ-a məxsus olan Quam adasında prezident seçkisində demokratlardan namizədin müəyyən edilməsi üçün praymeriz - ilkin seçkilər keçirilib. Praymerizdə Barak Obama Hillari Klintondan 7 səs çox qazanaraq qalib gəlib. Belə ki, Obama 2 min 264 səs, Klinton isə 2 min 257 səs yığıb.
Növbəti ilkin seçkilər mayın 6-da İndiana və Şimali Karolina ştatlarında keçiriləcək. Bu şatatlardakı nəticələrin demokratlardan kimin prezidentliyə namizəd olacağına böyük təsiri olacaq.
Demokratlardan ABŞ prezidentliyinə namizəd partiyanın bu yay keçiriləcək qurultayında irəli sürüləcək.
Respublikaçıların prezidentliyə namizədi isə artıq faktiki müəyyənləşib – bu, senator Con Makkeyndir.