İlham Əliyev İranın Sərhəd Polisinin rəisini qəbul edib

Prezident İlham Əliyev mayın 5-də İran İslam Respublikasının Nizam-İntizam Qüvvələri Sərhəd Polisinin rəisi, general-mayor Qasım Rezayini qəbul edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, görüşdə İranla Azərbaycan arasında əməkdaşlığın ikitərəfli münasibətlərə xidmət etdiyi bildirilib.


Bu günlərdə Azərbaycan sərhədçiləri sərhədi pozan 2 İran vətəndaşını güllələyiblər. İranın Xarici İşlər Nazirliyi hadisənin yolverilməz olduğunu deyərək, məsələni araşdıracağını bildirmişdi.


Azərbaycanın İrana gedən nüvə yükünü bir aydan çox saxlaması da Tehranın qəzəbinə səbəb olmuşdu.