Rusiyanın üçüncü prezidenti işə başladı

Medvedyev martın 2-də keçirilən prezident seçkisində 70 faizdən çox səs toplayıb

Mayın 7-də Dmitri Medvedyevin Kreml zalında andiçmə mərasimi keçirilib.


Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin D.Medvedyevin rəsmən səlahiyyətlərinin icrasına başladığını elan edib.


D.Medvedyev martın 2-də keçirilən prezident seçkisində 70 faizdən çox səs toplayaraq qalib gəlib.


O, 1965-ci ildə anadan olub.


O, Rusiyanın üçüncü prezidentidir. 1991-99-cu illərdə prezidenti postunu Boris Yeltsin, 2000-2008-ci illərdə isə Vladimir Putin idarə edib.