ATƏT Seçki Monitorinq Mərkəzinin qeydiyyatını bərpa etməyə çağırır

ATƏT məhkəmənin qərarından təəssüfləndiyini bildirir

ATƏT Azərbaycan hökumətini Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatını bərpa etməyə çağırır.


Bu barədə təşkilatın Bakı ofisinin yaydığı bəyanatda bildirilir.


Martın 14-də Xətai rayon Məhkəməsi SMM-in qeydiyyatını ləğv edib. Ədliyyə Nazirliyi iddia edir ki, qurumun təsis sənədlərindəki məlumatlar qeyri-müəyyəndir.


ATƏT məhkəmənin qərarından təəssüfləndiyini bildirir:


«ATƏT ümid edir ki, Azərbaycan hökuməti SMM də daxil olmaqla vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatına kömək etməlidir. Hesab edirik ki texniki səhvlərə görə təşkilatların qeydiyyatını ləğv etmək əvəzinə, hökumət gələcəkdə bu cür səhvlərin düzəldilməsinə şərait yaratmalıdır».


SMM bu ilin əvvəlində dövlət qeydiyyatından keçib. Təşkilat seçkilərin monitorinqini aparırdı.