Dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb

Mayın 21-də Nəsimi polisinin əməkdaşları dilənçiliklə məşğul olan 22 nəfəri saxlayıb. Bu barədə «Turan»a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.


Xəbərə görə, saxlanılanların 8-i qadın, 4-ü kişi, 10-u isə azyaşlıdır. Onlar İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə təhvil verilib.