«Fatoğlu» fəaliyyətini bərpa edir. Müəssisə Ukraynadan buğda gətirib

«Fatoğlu» un şirkəti mayın 24-dən fəaliyyətini bərpa edir. Müəssisədən «Azadlıq» radiosuna verilən məlumata görə, artıq bu məqsədlə Ukraynadan buğda gətirilib.


«Fatoğlu» bundan sonra oxşar problemin olmayacağını bildirir.


Bu il mayın 2-də Qazaxıstan Azərbaycana buğda idxalını dayandırdıqdan sonra, istehsal etdiyi taxılın 95 faizə qədərini sözügedən ölkədən idxal edən «Fatoğlu» fəaliyyətini dayandırmışdı. Müəssisə ölkənin iri un istehsalçılarından biri hesab edilir.