«Danabaş kəndinin əhvalatları» çex dilinə tərcümə olunub

Cənab Lanye Türkiyə türkcəsini gözəl bilir, Çexiyanın Türkiyədəki səfiri olub

100 il qabaq Naxçıvanda baş vermiş bir hadisə - bir çexiyalıya nə dərəcədə maraqlı ola bilər? Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti bu günlərdə çex dilində çap olunub. Adı belədir: «Ztrata osla», yəni «eşşəyin itməkliyi».


Tərcümə edən Tomaş Lanye bu əsəri Azərbaycan ədəbiyyatı nümunələrinin arasından özü seçib. Bu, Azərbaycan dilindən çex dilinə çevrilən ilk böyük həcmli əsərdi.


Cənab Lanye Türkiyə türkcəsini gözəl bilir, Çexiyanın Türkiyədəki səfiri olub, amma onun Azərbaycanla bağlılığı bundan da qabaq başlayıb.



Avropadakı azərbaycanlılar mobil telefon dükanlarında növbəyə düzülür. «Eurovision» müsabiqəsinin finalına hazırlıq gedir. Çexiyanın Brno şəhərində oxuyan tələbələr deyirlər ki, onlar finalda azərbaycanlı ifaçılara dörd min səs verəcəklər.


Belçikada azərbaycanlılar 120 minlik türk icmasının dəstəyini mümkün qədər çox qazanmağa çalışıblar.


«Hollandlar azərbaycanlı müğənniləri eşidəndə çox təəccübləndilər – bu, onlar üçün bir şok idi». Bunu isə Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Gülşən Kazımova deyir.



«Bulvarda – mazutlu suda balıq tutan kişi…» «Küçədə su gölməçəsinin ortasında qalmış zibil yeşiyi…»


Bu, Sitarə İbrahimovanın fotolarıdır. O, ən çox təzadları xoşlayır. İndi Çexiyada İncəsənət Akademiyasında oxuyur. Buna qədər Azərbaycanda fotoqraflıqla məşğul olub. Hərçənd fotoqraflıq Azərbaycanda daha çox kişi sənəti kimi tanınır.


Sitarə ilk dəfə 2003-cü ildə Bakıda sərgidə iştirak edib, sonra Türkiyədə, Fransada da şəkilləri nümayiş olunub. O, öyünür ki, ilk diplomlu fotoqraflardan olacaq. Amma deyir ki, Avropada çəkməyə şəkil tapmır...