Mayın 28-də atəşfəşanlıq olacaq

Mayın 28-də isə «Milli Park»da bayram konserti təşkil ediləcək

«Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 90 illik yubileyi münasibəti ilə geniş bayram tədbirləri keçiriləcək. Bayram münasibəti ilə prezident İlham Əliyev «Gülüstan» sarayında qəbul keçirəcək, Milli Məclisin yubiley iclası olacaq». Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Turan»a belə deyib.


Onun sözlərinə görə, Azərbaycan prezidentinin Xalq Cumhuriyyətinin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq, mayın 26-da Mədəniyyət və Turizm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyası birgə elmi konfrans keçirir, axşam isə Dövlət Filarmoniyasında konsert olacaq.


Mayın 28-də isə «Milli Park»da bayram konserti təşkil ediləcək. Bayram tədbirləri atəşfəşanlıqla sona yetəcək.


Bununla yanaşı, ölkənin ali və orta məktəblərində, mədəniyyət evlərində, sərgi salonlarında Xalq Cumhuriyyətinin 90 illiyinə həsr olunmuş tədbirlər keçirilir.