Amerika Birləşmiş Ştatlarının dövlət katibinin Cənubi və Orta Asiya ölkələri üzrə müavini Riçard Bauçer Bakıda səfərdədir. O, Azərbaycana ikigünlük səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək.
Diplomat artıq Xarici İşlər Nazirliyində görüşlərə başlayıb.
O, enerji məsələləri də daxil olmaqla ölkə rəsmiləri ilə Qarabağ münaqişəsi və ölkədə demokratiyanın vəziyyəti istiqamətində məsləhətləşmələr aparacaq.