Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası yaradılır. Prezident İlham Əliyevin imzaladığı sərəncamda Akademiyanın yaradılması FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və bu sahədə elmi tədqiqat işlərinin aparılması zəruriliyi ilə əlaqələndirilir.


Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.