Azərbaycan yığması FİFA-nın reytinqində dörd pilə irəliləyib

FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığması cədvəldə ötən ayla müqayisədə dörd pillə irəliləyərək 133-cü mövqedə qərarlaşıb.


Millinin 2010-cu ildə keçiriləcək Dünya Çempionatının final mərhələsinə qatılmaq uğrunda mübarizə aparacağı qrup mərhələsindəki rəqiblərindən ən yüksək nəticə yenə Almaniya komandasına məxsusdur - beşinci yer. Rusiya 24-cü pillədə qərarlaşıb.


Siyahıya isə hesabında 1559 xal olan Argentina millisi başçılıq edir. Braziliya ikinci, İtaliya isə üçüncüdür.