İyunun 6-da 11 sentyabr terroru ilə bağlı Quantanamoda prosesə baxılacaq. Hərbi tribunala Əl-Qaidə üzvü hesab edilən Xalid Şeyx Məhəmməd və daha 4 nəfər çıxacaq.
Amerika kəşfiyyatı ifadə almaq üçün Məhəmmədə işgəncələr verildiyini etiraf edib.
İndi Əl-Qaidə üzvünün günahı sübuta yetiriləcəyi təqdirdə, onu ölüm cəzası gözləyə bilər.
2001-ci il sentyabrın 11-də oğurlanmış təyyarələrin Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi və ABŞ Müdafiə Nazirliyinin binasına çırpılması nəticəsində 3 mindən çox adam həlak olub.