Onbirincilər mərkəzləşdirilmiş test imtahanı verdilər

Mərkəzləşdirilmiş test imtahanı Azərbaycanda ötən ildən tətbiq olunur

İyunun 6-da orta məktəblərin 11-ci sinif şagirdləri sonuncu mərkəzləşdirilmiş test imtahanı veriblər. Bakıda 126 məktəbin 84-də imtahan mərkəzi yaradılıb.


Bakı Təhsil İdarəsindən «Azadlıq» radiosuna deyiblər ki, şagirdlər 8 fənndən 125 suala cavab veriblər. İmtahanda 27 mindən çox şagird iştirak edib.


Mərkəzləşdirilmiş test imtahanı Azərbaycanda ötən ildən tətbiq olunur.