Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.
Sənədə görə, 1990-cı ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1973-1989-cu illərdə doğulmuş, yaşı 35-dək olan, hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmalıdırlar.
Xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə iyulun1-dən 30-dək ehtiyata buraxılmalıdırlar.