«GEN» MMC-nin rəhbəri həbs olunub

Bina tikmək vədi ilə bir qrup paytaxt sakinindən külli miqdarda pul alan «GEN» MMC-nin rəhbəri Elbrus Əliyev həbs olunub. Nəsimi rayon məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.


E.Əliyevə qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb.