İyunun 19-da səhər tezdən Azərbaycanın sərhəd xidməti yenə «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə ölkəni tərk etməyi qadağan edib.
«Mənim Fransaya dəvətim var və saat 4-də Bakı Aeroportundan uçmalı idim. Lakin sərhəd yoxlamasından keçərkən mənə bildiriblər ki, ölkədən çıxmaq qadağan olunub», - deyə jurnalist «Turan»a bildirib.
«Mənə deyiblər ki, mən məhkəmə altındayam və ölkədən çıxmaq hüququm yoxdur. Amma bu, cəfəngiyat və mənim hüquqlarımın pozulmasıdır, belə ki, mən müttəhim deyil, zərərçəkənəm», - deyə reportyor bildirib.
Bundan əvvəl də Aqil Xəlilə Türkiyə və Gürcüstana getməyə icazə verməyiblər.
Aqil Xəlil «İnsan hüquqları uğrunda jurnalistika» mükafatının qalibi elan olunublar. Bu mükafat hər il «Amnesty İnternational» təşkilatı tərəfindən verilir.
«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil fevralın 22-də peşə borcunu yerinə yetirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları olduğu iddia edilən Dağbəyi Allahverdiyev və Akif Çovdarov tərəfindən döyüldüyünü bildirir. Bu hadisədən sonra isə jurnalist ürək nahiyəsindən bıçaqlanıb. Baş Prokurorluq A.Xəlilin homoseksuallar tərəfindən bıçaqlandığını iddia edir. Aqil Xəlil isə bunun iftira olduğunu və istintaq zamanı müstəntiqlərin təzyiqinə məruz qaldığını deyir.