Bosniyada xorvatlarla yerli müsəlmanlar toqquşdu

Hazırda yerli xəstəxanada onlarla yaralı var


Bosniyada mindən artıq polis futbol azarkeşləri arasında yeni qarşıdurmanın yaranmaması üçün yollarda nəzarəti gücləndirib.


İyunun 20-i axşam Türkiyə yığmasının xorvatlar üzərindəki qələbəsindən sonra, Bosniyanın Mostar şəhərində yerli xorvatlarla Türkiyəni dəstəkləyən müsəlman azarkeşlər arasında qarşıdurma olub.


Məlumata görə, hazırda yerli xəstəxanada onlarla yaralı, o cümlədən dörd polis əməkdaşı da var.