Pakistan aeroportuna Benazir Bhuttonun adı verilib


Pakistanın beynəlxalq hava limanına sabiq Baş nazir Benazir Bhuttonun adı verilib. İyunun 21-i pakistanlılar ötən il dekabrın 27-də mitinq zamanı öldürülən Bhuttonun ad gününü qeyd edirlər.


Sabiq nazirin tərəfdarları onun xatirəsini yad etmək üçün bütün ölkə boyu mitinq keçirməyi planlaşdırır.


Hazırda Benazir Bhuttonun partiyası hakim koalisiyaya rəhbərlik edir.