AŞPA-nın yay sessiyası başlayır

AŞPA-nın yay sessiyası iyunun 27-ə qədər davam edəcək

İyunun 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır. Sessiyada Azərbaycanda, Türkiyədə demokratik təsisatların fəaliyyətinə baxılacaq. Azərbaycanlı hüquq müdafiəçiləri də artıq Strasburqdadırlar.


Sessiyada Ermənistanın da Avropa Şurası qarşısında öhdəlikləri, mart hadisələri - hökumətin müxalifətə qarşı hücumu müzakirə olunacaq.


AŞPA-nın yay sessiyası iyunun 27-ə qədər davam edəcək.