«Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər qüvvəyə mindi

Prezident İlham Əliyev «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna əlavə və dəyişikliklərin tətbiqi haqqında fərman imzalayıb. Sənəddə Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının sözügedən qanuna əlavə və dəyişikliklərə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin.


Milli Məclis «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna əlavə və dəyişiklikləri bu il mayın 30-da qəbul edib.