İspaniya finalda

İspaniya oyunçuları qələbələrini qeyd edir

Futbol üzrə Avropa Çempionatının ikinci finalçısı bəlli olub. Bu İspaniya yığmasıdır. İspaniya Rusiya yığmalarının görüşü 3-0 ispanların xeyrinə başa çatıb.


Rusların qapısına topu oyunun 2-ci hissəsində Çavi Ernandes, Daniel Quis və David Silva keçirib.


Final görüşündə indi ispanlar almanlarla qarşılaşacaq. Oyun bazar günü iyunun 29-da olacaq.