ABŞ Azərbaycandan ədalətli seçkilər gözləyir

«ABŞ Azərbaycandan demokratik institutların genişlənməsini gözləyir»

İyunun 27-də ABŞ dövlət katibinin insan haqları və demokratiya məsələləri üzrə müavini Devid Kramer Azərbaycan siyasi partiyalarının nümayəndələrilə görüşüb. Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov «Azadlıq» radiosuna bildirib ki, müzakirələrdə Azərbaycanın ictimai-siyasi həyatının bütün spektrlərinə toxunulub:


«Əsasən Azərbaycanda insan haqlarının durumu, demokratiya, media azadlığı, həbs olunmuş jurnalistlər, siyasi məhbus problemi, qarşıdan gələn prezident seçkiləri, Seçki Məcəlləsinə edilmiş dəyişikliklər, sərbəst toplaşmaq hüququ və demokratik inkişafala bağlı problemlər ətrafında müzakirələr keçirdik».


Eldar Namazovun sözlərinə görə, Devid Kremer Birləşmiş Ştatların Azərbaycandan azad, ədalətli seçkilər və demokratik institutların genişlənməsini gözlədiyini bildirib.