İyunun 29-da Abxaziyanın kurort şəhəri Qaqrıda iki partlayış olub. Tanınmamış respublikanın prezidenti Sergey Baqapş deyib ki, partlayış nəticəsində ikisi azyaşlı olmaqla altı nəfər yaralanıb.
İlk partlayış səhər saatlarında mərkəzi bazarın yaxınlığında olub. Bir neçə dəqiqədən sonra isə yerli bankın yaxınlığında ikinci partlayış baş verib.
Prezident Sergey Baqapş deyib ki, hər iki partlayışı Gürcüstan hökuməti törədib. Gürcüstan rəsmiləri hələlik məsələyə münasibət bildirməyiblər.