İspaniya Avropa Çempionudur

Fernando Torresin 33-cü dəqiqədə vurduğu qol İspaniyaya qələbə qazandırdı

Futbol üzrə 13-cü Avropa Çempionatının qalibi İspaniya millisi oldu. Avstriyanın paytaxtı Vyanada keçirilən final oyunda İspaniya millisi Almaniyalı rəqiblərini 1:0 hesabı ilə üstələdi.


Fernando Torresin 33-cü dəqiqədə vurduğu qol İspaniyaya qələbə qazandırdı. Bu, Pirineylilərin Avropa Çempionatında ikinci qələbəsi idi. İlk dəfə onlar 1964-cü ildə SSRİ-ni yenərək Avropa çempionu olublar.


Almaniya millisi isə bununla altıncı dəfə idi ki, Avropa Çempionatının finalında çıxış edirdi və üçüncü dəfə idi ki, məğlub olurdu. Almaniya millisi sonuncu dəfə 2004-cü ildə Avropa çempionu olub.