Yuşenkonun Bakıya səfəri başlayır

Yuşenkonun dövlət başçısı İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşləri keçiriləcək

Ukrayna prezidenti Viktor Yuşenko iyunun 30-da Bakıya işgüzar səfərə gəlir.


Onun dövlət başçısı İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşləri keçiriləcək.


Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bildirib ki, Yuşenkonun Azərbaycana səfəri zamanı heç bir sənədin imzalanması gözlənilmir:


«Yuşenkonun səfəri zamanı hər hansı sənədin imzalanması və Azərbaycanın energetika strukturlarının rəhbərləri ilə hər hansı görüşləri nəzərdə tutulmayıb. İşgüzar xarakter daşıyacaq səfər zamanı iki ölkə prezidentlərinin təkbətək görüşü keçiriləcək. Bundan əlavə, Yuşenko Ukrayna yazıçısı və şairi Taras Şevçenkonun Bakıda abidəsinin açılışında da iştirak edəcək».


Səfər iyulun 1-də başa çatacaq.