Prezident əmisinə diplom verdi

Cəlal Əliyev elmin inkişafında xidmətlərinə görə «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib.


Prezident İlham Əliyev iyunun 30-da bu haqda sərəncam verib.


Dövlət başçısının əmisi Cəlal Əliyev Milli Elmlər Akademiyasının biologiya elmləri üzrə akademikidir. Bu il onun 80 yaşı tamam olur.