«Böyük Səkkizli»yin sammiti başlayır

Sammit Yaponiyanın Şimal adası Hokkaydoda olacaq

İyulun 7-dən Yaponiyada «Böyük Səkkizli»yin sammiti başlayır. Sənayesi inkişaf etmiş dövlətlərin liderləri bu sammitdə ərzağın və neftin bahalanmasını, Afrikadakı yoxsulluq problemini, iqlim dəyişikliyini müzakirə edəcəklər.


«Böyük Səkkizlik» ölkələri - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Yaponiya, Birləşmiş Ştatlar, Kanada və Rusiyadır. 1981-ci ildən Avropa Komissiyası da bu birlikdə təmsil olunur.


Sammit Yaponiyanın Şimal adası Hokkaydoda olacaq.