Qənimət Zahid gözlərindəki ağrılardan şikayətlənir

Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib

İyulun 6-da «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva onunla görüşüb. Xanım Mürsəliyevanın dediyinə görə Q.Zahid gözlərindəki ağrılardan şikayətlənir:


«Lakin həbsxanada bunun müalicəsinə imkan olmadığını düşünərək heç kimə müraciət etmir».


Ayəndə Mürsəliyevanın dediyinə görə, Qənimət Zahidin yazdığı kitabın əlyazmalarının harada olduğu da aşkarlanıb:


«Bizə məlumat çatdı ki, əlyazmalar penitensiar xidmətdən Bayıl türməsinin rəisinə qaytarılıb. Mən rəislə görüşdüm. Rəis dedi ki, əlyazmalar məndədir, amma onları qaytarmayacağam. O, bildirdi ki, qanunvericiliyə görə, dövlətçiliyimizin əleyhinə və türmədə şəraiti təsvir edən qanunazidd yazılar olanda akt tərtib olunur və həmin məqalələr ləğv olunur».


Qənimət Zahidin türmədə yazdığı ölkədəki ictimai-siyasi vəziyyəti əks etdirən kitabın əlyazmaları ondan qaytarılmaq adı altında götürülmüşdü.


Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib.