«Böyük səkkizliyin» sammitində əsas mövzu ərzağın və neftin bahalaşması olub.
Dünyanın sənayesi inkişaf etmiş dövlətləri Yaponiyadakı sammitin birinci günündə Afrika liderləri ilə görüşüblər.
Dünya Bankının prezidenti Robert Zellik də tədbirdə olub. O, deyib ki, ən kasıb əhali üçün təcili 10 milyard dollara ehtiyac var. Bu pul əsasən ərzaq və gələn mövsümə qədər fermerlərə gübrə çatdırmağa lazımdır.
BMT-nin Baş katibi Ban ki Mun da dünya liderlərinə müraciət edib ki, ərzağın qiymətinin, iqlim dəyişikliyinin qarşısını almaq üçün səylərini birləşdirsinlər.
«Böyük səkkizliyin» sammiti iyulun 7-i başlayıb. Sammitin iyulun 9-u bitəcəyi gözlənilir.