Fakt-araşdırıcı missiya sentyabrda Azərbaycana gələcək

Robert Palmer, sentyabr 2007

Avropa Şurasının fakt-araşdırıcı missiyası Azərbaycana, Ermənistana, Qarabağa səfər edəcək. Səfər sentyabrda baş tutacaq.


Bu barədə Avropa Şurası Nazirlər Komitəsinin Mədəniyyət və Mədəni İrs Direktorluğundan Robert Palmer məlumat verib.


Palmerin nümayəndə heyəti hazırda Bakıdadır. Onlar bölgəyə mədəni abidələrin vəziyyətini öyrənməyə gəliblər.


Azərbaycan və Ermənistan hökumətləri taleyindən narahat olduqları abidələrin siyahısını Avropa Şurasına veriblər.


Missiya səfəri zamanı siyahıları uyğunlaşdıracaq. Proses başa çatandan sonra fakt-araşdırıcı missiya bölgəyə səfər edəcək.