Zimbabve prezidenti Robert Muqabe müxalifət partiyası ilə hökumət formalaşdırmağa hazırdı.
Bunu Zimbabvenin Xarici İşlər naziri deyir.
Zimbabvenin müxalifət lideri Morqan Tsvanqirainin tərəfdarlarından bir neçəsi öldürüldüyündən o təkrar seçkilərə qatılmamışdı.
Bu günlərdə Robert Müqabe beşinci dəfə Zimbabvenin prezident seçilib.
ABŞ və başqa dövlətlər Muqabenin seçkisini saxta adlandırıb və onun hökumətinə sanksiyalar tətbiq edilməsinə çağırıblar.