«Sahil bağındakı 26-ların nəşi Hövsana köçürüləcək». Bunu «Azadlıq» radiosuna Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov deyib.
İcra başçısı bildirib ki, 26-ların nəşi adət-ənənəyə uyğun olaraq Hövsan qəbiristanlığında dəfn olunacaq.
O bildirib ki, sözügedən parkın özünü də yeniləşdirəcəklər.
Belə ki, parkın mərkəzində yeraltı ikimərtəbəli avtodayanacaq tikiləcək.
Sahib Ələkbərov: «26-ların monumentinin gələcəyi haqda isə hələlik qərar verilməyib».
Hazırda Sahil bağında təmir işləri aparılır.
İcra başçısı deyir ki, orada başqa obyektlərin inşası barədə layihələr olub:
«Amma bu layihələr rədd edilib. Park bağ kimi qalacaq».
Sahil bağı 1922-ci ildə salınıb.