Medvedev ABŞ-a xəbərdarlıq etdi

Rusiya prezidenti Dmitri Medvedev Amerikaya raketdən müdafiə sistemiylə bağlı xəbərdarlıq edib.


İyulun 8-də ABŞ-ın Dövlət katibi Kondoliza Rays Çexiyada raketdən müdafiə sisteminin yerləşdirilməsiylə bağlı razılaşma imzalayıb. Rusiya prezidenti Dmitri Medvedev deyib ki, Moskva cavab addımı üzərində düşünməli olacaq. Onun sözlərinə görə, razılaşma Rusiyanı məyus edib.