Bənazir Bhuttonun qətlini BMT-nin komissiyası araşdıracaq. Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi deyib ki, bu komissiya keçmiş Baş nazirin qətlini təşkil edənləri, icra edənləri və maliyyələşdirənləri axtaracaq.
Vaxtilə Pakistanın Baş naziri olmuş Bhutto keçən il seçki vaxtı mühacirətdən sonra müxalifət lideri kimi ölkəyə qayıtmışdı. Onu ictimaiyyətlə görüş vaxtı öldürüblər.