İyulun 4-də Minskdə baş vermiş partlayışla əlaqədar Belarusda 10 müxalifət fəalı saxlanılıb.
Məlumatı «Belarus xəbərləri» internet saytı yayıb.
Hüquq müdafiəçiləri deyir ki, bütün ölkə boyu müxalifətçilər sorğu-suala tutulur, onların evlərində axtarışlar aparılır.
Minskdə əldəqayrılma bombanın partlaması nəticəsində 54 adam yaralanıb. Onlardan 47-si xəstəxanaya yerləşdirilmişdi.